Bir bahar mehi
Zərif dodağa qonub
Yavaşca öpdü.
***
Yağış başladı,
Paltarlarım islandı.
Yağış da kəsdi.

Qalın budaqdan
Sevgimizi asırdım,
Budaq qırıldı.
***
– Səni sevirəm
– Mən də səni sevirəm…
– Kəsdik, bir daha.
***
Sənə baxanda
Dağın zirvəsindəydim,
Dağdan yıxıldım.
***
Sahildəykən
Səni dənizə atdım,
Dəniz boğuldu.
***
Arxamda dəniz
Sənin gözünə baxdım,
Dənizi gördüm.
***
Titanik batdı.
Balıqlar da boğuldu,
Sərnişinlər də.
***
Qapını döydüm.
Dedi ki, evdə yoxam.
Geri qayıtdım.
***
– Sən qan qusursan?
– Yox, bayaq nar yemişdim.
– Məncə inandı…
***
Söz vermişdir ki,
Gələndə gül alacaq.
Bayraqla gəldi.
***
Atəş açıldı,
Ağ göyərçinə dəyən
Güllələr öldü