Atam qənaətcil idi;
Az yaşamağından bildim…
***
Hospital…
Oturacaqda oturan ana,
Qapı açılır, həkim çıxır,
Düz xətt…

Allah duymur, eşitmir məni,
Eşidilmək üçün “TUR”a çıxıram…
***
Gizlənə bilsən gizlən ürəyimdə,
Ayrılığın sərhədindən keçirəm…
***
Allah, yuxum gəlir, yatıram,
Sənin alnımdakı nağılına…
***
Allah, al məndən bu palçığı
Al məndən bu qabırğanı,
Ver yoğurum, məndən aldığın qadını…
***
Siqaret – ana döşündən
Ayrıla bilməməyimizin təsəllisidir…
***
İçimlə boğuşuram, ilahi,
Deyəsən itirirəm səni,
İşdir axtarsam, hayanımda tapım səni?!
***
Allah, sənin alnımdakı qaralamalarını da,
Yazı bilib yaşayıram mən…
***
Uşaq idim, atam həyəti çəpərlədi,
Böyüdüm, gördüm ki;
Babalarımız dünyamızı çəpərləyib-
Kəndlərə, şəhərlərə, ölkələrə…
***
İnsanın yaşamaq eşqi bilirsənmi hardadır?!
İntihardan sonrakı bir-iki çırpıntıdadır…
***
İndi haradasa bir kişinin revmatizması tutub,
Oynaqların ovxalayacaq.
Yəqin bir azdan haradasa bir qadın ağlayacaq…
***
Yağışı sevənlər çətir ilə,
Torpağı sevənlər kəfən ilə xəyanət edir sevdiyinə.
***
Artıq bizim sevgimiz;
Qoca kəndirbazın şousuna bənzəyir.
Hamı qocanın yıxılmasını gözləyir…
***
Bütün bilinməzliyimizin adını səhv qoyduq, Ketrin.
Əslindəsə insan hündürlükdən yox,
Cazibə qüvvəssindən qorxurmuş…