Uncategorized

Metamisra ailəsinin uğurları

Bu gün MetaMisraçılardan olan şair, yazıçı, müəllim Mustafa Çələbinin “V-VIII siniflər ədəbiyyat dərsliklərində yer almış yazıçıların tərcümeyi-hal materiallarının tədris prosesində rolu” mövzusunda qələmə aldığı magistr dissertasiyası uğurla həyata keçmiş və akademik karyerada magistr dərəcəsinə uğurla yüksəlmişdir. Həmkarımızı səmimi qəlbdən təbrik edir, karyerasında müvəffəqiyyətlər diləyirik. MetaMisra ailəsi.

Metamisra ailəsinin uğurları Read More »

Tural Qocayev – Kinematoqrafiyada minimalizm

Az söz, az hərəkət, az işıq, az obyekt… Kinematoqrafiyada minimalizm Minimalizm – həyatın müxtəlif sahələrində ehtiyacımızdan artıq olan şeylərdən uzaq durmaq fəlsəfəsidir. Bu fəlsəfə gündəlik yaşam tərzində, ədəbiyyatda, incəsənətdə (memarlıq, rəssamlıq, kino və.s) tətbiq olunur. Minimalizmin əsas prinsiplərindən biri sadəlikdir. Bəs yaxşı, kinematoqrafiyada minimalizm nədir, minimalizmin əsas xüsusiyyətləri hansılardır?!– Sadə vizual tərz, sadə süjet xətti,

Tural Qocayev – Kinematoqrafiyada minimalizm Read More »

Spiralizm: ədəbiyyat lüğətlərin və qrammatika kitablarının diktaturasından azad olmalıdır.

XX əsrdə baş verən iki Dünya müharibəsi və Soyuq savaş köhnə dəyərlərin rədd olunmasına, eləcə də yeni-yeni dəyərlərin, həmçinin mədəniyyətlərin yaranmasına zəmin yaratmışdır. 60-cı illərdə şiddətlənən kommunizm və kapitalizm davası kiçik dövlətlərdə özünü inqlab və müharibələr təzahüründə göstərmişdir. Məsələn, Vyetnamın ikiyə bölünüb-birləşməsi, Koreya yarımadasının 38-ci paralel xətt üzrə iki yerə ayırılması, Fidel Kastro və Ernesto

Spiralizm: ədəbiyyat lüğətlərin və qrammatika kitablarının diktaturasından azad olmalıdır. Read More »

Anar Oğuz – Game of Thrones, Topal Aynurə və Müşfiq Ötgün

Montenegrodan Azərbaycana qayıdandan üç-dörd gün keçmişdi. Üzərimdə hələ də pul var idi deyə, iş dalınca düşməmişdim. Vaxtımı əsasən oxumaqla, yazmaqla və serial izləməklə keçirirdim. Bu üç gün ərzində yenidən “Game of Thrones”un iki sezonunu izləmişdim. Dayısından əmələ gələn Joffreydən yenə zəhləm gedirdi. O qədər zəhləm gedirdi ki, atamın Məkkədən gətirdiyi təsbihin ucundakı zülfüqarla onu rahatlıqla

Anar Oğuz – Game of Thrones, Topal Aynurə və Müşfiq Ötgün Read More »