Uncategorized

Nofəl Arazi – Haykular

Bir bahar mehiZərif dodağa qonubYavaşca öpdü. *** Yağış başladı,Paltarlarım islandı.Yağış da kəsdi. Qalın budaqdanSevgimizi asırdım,Budaq qırıldı. *** – Səni sevirəm– Mən də səni sevirəm…– Kəsdik, bir daha. *** Sənə baxandaDağın zirvəsindəydim,Dağdan yıxıldım. *** SahildəykənSəni dənizə atdım,Dəniz boğuldu. *** Arxamda dənizSənin gözünə baxdım,Dənizi gördüm. *** Titanik batdı.Balıqlar da boğuldu,Sərnişinlər də. *** Qapını döydüm.Dedi ki, evdə yoxam.Geri […]

Nofəl Arazi – Haykular Read More »

Tanrıverdi Əliyev – Minimalizmin Strukturu

Minimalizm adından da göründüyü kimi kiçikhəcmliliyi müdafiə edən struktur formasıdır. Bu forma özünü incəsənətdə rəng palitrasının məhdud (ağ, boz, bej rənglərin) istifadəsi, poeziyada misra sayısının və uzunluğunun az olması ilə daha çox diqqət cəlb edir. Bu yanaşmanın əsas struktural fundamenti sadə formalardan ibarət mürəkkəb mənalar yaratmaq prinsipinə əsaslanır. Minimalist incəsənət formaca sadə olsa da, ontoloji

Tanrıverdi Əliyev – Minimalizmin Strukturu Read More »

Anar Oğuz – Minimalist Şeirlər

Tanrı bir gün güzgüsün yerə atdı —biz də başladıq özümüzü parça-parça sevməyə. Süddən kəsiləndə anlayır,Afrikada körpələr,Vətən ögey anaymış. *** Tanrı təcrübəsiz əsgərə“tək ayaq üstə durma cəzası” vermişdi,yaxşı gizlənmədiyinə görə. *** Sən gedəndə saçların küləklə sovrulurdu.Yox, o külək deyildi. Tanrı köks ötürürdü… *** Görmə qabiliyyəti olmayan Firuzəyə,Mən də görmürəm dedim, küləyi, inanmadı.And içdim Allaha,Ona da inanmadı.

Anar Oğuz – Minimalist Şeirlər Read More »

Tanrıverdi Əliyev – Minimalizm

Daha az daha çoxdur. Roenin bu düşüncəsi öz-özlüyündə bir neçə düşündürücü sualın və cavabın açarıdır. Suallar bunlardır ki, az necə çox ola bilər? Bir halda ki, əqlimizə görə az elə az, çox da çoxdur, hansı yol ilə az çox ola bilər? Bu məntiqlə yola çıxsaq, onda çoxluğun da az olması qənaətinə gələ bilərikmi? Bu sualların

Tanrıverdi Əliyev – Minimalizm Read More »

Anar Oğuz – Utanc və qoxu (Hekayə)

Atamın pensiyasından qalan əlli manatın onluğunu “nəşə”yə vermişdim. Yaxşı mal idi. Təəssüf ki, yalnız on manatlıq ala bilmişdim. Çünki növbəti pensiyaya hələ bir neçə gün vardı. Yemək, içmək, dərman – hamısını çatdırmaq lazım idi. Atam yataq xəstəsi idi. Altını mən təmizləyir, onu çimizdirir, yedirir, içirirdim. Bütün bunları ayıq başla etmək dözülməz dərəcədə iyrənc idi. Bəli,

Anar Oğuz – Utanc və qoxu (Hekayə) Read More »