ŞEİRLƏR

Gülnar Qasım – Şeirlər

Uzat əllərini göyün üzündən, Kölgəsi görünsə bəsimdir, vallah.  Allaha məktub yaz, soruş özündən,  De: “Yerə enməyim çətindir, allah? ******** Mən gecikən adamam, Bir az sevdiklərimə, Bir az da ümidlərin Öləziyən səsinə. Həyatın qollarında Ölümə tələsən vaxt Vidaya gecikənəm. Anam çarəsiz ikən Nidaya gecikənəm… ******** Gözümün yağışı, mənə qarğış oldun, yadlara alqış, Qaladığın ocağında mən kimi […]

Gülnar Qasım – Şeirlər Read More »

Anar Oğuz – Hamının axtardığı sevgi şeirləri

Küçədə yağış yağırdı, Səninlə tələsirdik. Ayaqqabılarımız çirkli, Lakin ürəyimiz təmiz. Sığınacaq axtaranda Yağıntıda isindim. Sənin yanında. O andan bəri Yağışın dadını sənsizliklə ölçürəm. *** Səhər açıldı, pəncərədən Tozlu işıq otağa süzüldü. Tələsik çıxdım evdən. Metronun alt qatında Ayaqqabı səsləri bir-birinə qarışdı. Görüşdük. Sən metro qapısında saçlarını düzəltin, Mən əlimi çantanda gizlətdim. Sahil parkında oturduq, Köhnə

Anar Oğuz – Hamının axtardığı sevgi şeirləri Read More »

Məzahir Mizan – Şeirlər

İzmirdən fraqmentlər Öyrəşməyə çalışıram Bu səs-küylü şəhərin Görmədiyim Bilmədiyim axınına. Öyrənməyə çalışıram Üz tuturam önümə çıxan sakininə Mən yadam e anlamıram Üz tuturam bu tərifli gözəlin Doğmasına, yaxınına. Niyə sevilir bu şəhər? Sevməyin də mənim kimi Lap az qala nifrət edin Havasına, torpağına Sahibinə, qonağına Bu gözələ İzmir adlı bu gözələ Lap az qala nifrət

Məzahir Mizan – Şeirlər Read More »

Anar Oğuz – Şeirlər

“Böyümək” Asif, Əli, bir də mən, on bir tuş oynayardıq. Top partlasa, savaşar, günahkar axtarardıq. İndi də savaşırıq, amma ki, ön cəbhədə. Burada hər şey fərqlidir: öncə savaş başlayır, sonra toplar partlayır. Tanıyırıq günahkarı, o isə bizi tanımır. 25.01.2025 Görmə qabiliyyəti olmayan Firuzəyə, Mən də görmürəm dedim, küləyi, inanmadı. And içdim Allaha, Ona da inanmadı.

Anar Oğuz – Şeirlər Read More »

Mustafa Çələbi – Şeirlər

Başını avtobusun şüşəsinə söykəyən qız, Nə keçir ürəyindən, niyə qəmlisən ? Susma, bir danış… Dodaqların danışmır, Gözlərin eynəkdən o tərəfi görmür, ay qız Fikirin kimin yanındadı, özün kimin yanında? Harda düşəcəyin heç olmasa yadındadı? Başını avtobusun şüşəsinə söykəyən qız, Mən düşürəm, sənə yaxşı yol! Bəxtindən küsəndə öz saçlarını yox, Taleyinin saçlarını yol… Keçmiş Dekabr axşamı…

Mustafa Çələbi – Şeirlər Read More »