Anar Oğuz – Minimalist Şeirlər
Tanrı bir gün güzgüsün yerə atdı —biz də başladıq özümüzü parça-parça sevməyə. Süddən kəsiləndə anlayır,Afrikada körpələr,Vətən ögey anaymış. *** Tanrı təcrübəsiz əsgərə“tək ayaq üstə durma cəzası” vermişdi,yaxşı gizlənmədiyinə görə. *** Sən gedəndə saçların küləklə sovrulurdu.Yox, o külək deyildi. Tanrı köks ötürürdü… *** Görmə qabiliyyəti olmayan Firuzəyə,Mən də görmürəm dedim, küləyi, inanmadı.And içdim Allaha,Ona da inanmadı. […]
Anar Oğuz – Minimalist Şeirlər Read More »