İsa

İsa Məmməd – Dördüncü Tuz

Yatağında uzanıb yaşarmış gözlərini üzümə zilləyən bu adamın bir gecədə itirdiyi evi geri qaytarmaq mənə bir ömürə başa gəlmişdi. Atam o gecə təkcə evi yox, uşaqlığımı, gəncliyimi, bir sözlə ömrümü qumarda uduzmuşdu. Bilirəm, bu heç kimə maraqlı deyil. Kim hansı həyatı uduzub, kim hansı divarın altında qalıb, bunlar hamısı sadəcə onu yaşayan insana maraqlıdır. Mənim […]

İsa Məmməd – Dördüncü Tuz Read More »

Cavid Musa – Şeirlər

Tut məni əllərimdən,çək tutunduğun yerə.Başın qarışanda, başçək unutduğun yerə.Nə qədər ki ömür varÖmür varsa əmir var!Kim bir damcı su tökər?Sən qurutduğun yerə?!Həvəsini əbəs ver,Azadlığa qəfəs ver,Bəsdi, isti nəfəs verBuz soyutduğun yerə.Kim bilir doğru yapar?İtirdiyin kim tapar?Götür, məni də aparOruc tutduğun yerə. ******** Sənsiz hər gecə üşüyürəm mənKimsəsiz olanın ocağı olmur.Hirsimdən dünyanın üstünə cumum?!Dünyanın da ucu

Cavid Musa – Şeirlər Read More »

Alisa Poliker – Əqidə Nədir?

İnsan sözünün üstündə duranda qəhrəman olur. Fərqi yoxdur — bu, valideynlərinə, müəlliminə, vətəninə, dostuna, yoxsa özünə verilən sözdür. O an insan iradənin əsl mahiyyətini dərk edir və bu xüsusiyyət qarşıdakı mərhələləri keçmək üçün ən vacib yol yoldaşına çevrilir. İncəsənətdə, elmdə, siyasətdə ən tanınmış və sevilən bütün şəxsiyyətlərin ortaq nöqtəsi də məhz budur. Gah nala, gah

Alisa Poliker – Əqidə Nədir? Read More »

Cavid Fərzəli – Qana Batmış Yuxu

Polad Həşimovun doğma xatirəsinə həsr olunur…. Bir uşaq yuxu görürdü,üzünü təbəssüm ildırımı bürümüşdü.Müharibənin beşiyində…Mərmi səsi yelləyirdi əllərini,yetim gecələr yuxu yoğururdupərdələrin gözlərində. Mərmilər ayaq açıb yeriyirdibir qızın saçlarının yaddaşında.Bir ana yaylığı güllələnmişdibayraq kölgəsində…Tanrı dilini öyrənirdi kəpənəklər,Ölümü əzbərləmişdi Vətən. Səhərin gözlərini uşaqlar aça bilmədi….Ana küçələr danışırdı:–Əllərin səngərin atasıdır.Bir duman bağırırayaqlarını…Torpağın kürəyiheç vaxt yerə dəymir,arzular içində yatırçarpayı. Hər

Cavid Fərzəli – Qana Batmış Yuxu Read More »

İsa Məmməd – Cənnətdəki Hitler

Cənnətdəki Hitler “Rəbbin kimdir?” Nə baş verdiyini, harada olduğumu anlamamışdım, eyni sual bir daha, amma bu dəfə daha sərt şəkildə səsləndi. Qorxudan özümü itirdim və canımı qurtarmaq üçün “Rəbbim Allahdır” dedim. “Dinin nədir?” Dayan, dayan. Bir dəqiqə. Deməli, mən ölmüşəm? Bunlar ki “qəbir imtahanı”nın suallarıdır. Elə isə, başımın üzərində gördüyüm bu iki ürküdücü varlıq da

İsa Məmməd – Cənnətdəki Hitler Read More »