Anar Oğuz – Hamının axtardığı sevgi şeirləri

Küçədə yağış yağırdı,

Səninlə tələsirdik.

Ayaqqabılarımız çirkli,

Lakin ürəyimiz təmiz.

Sığınacaq axtaranda

Yağıntıda isindim.

Sənin yanında.

O andan bəri

Yağışın dadını sənsizliklə ölçürəm.

***

Səhər açıldı, pəncərədən

Tozlu işıq otağa süzüldü.

Tələsik çıxdım evdən.

Metronun alt qatında

Ayaqqabı səsləri bir-birinə qarışdı.

Görüşdük.

Sən metro qapısında saçlarını düzəltin,

Mən əlimi çantanda gizlətdim.

Sahil parkında oturduq,

Köhnə soyumuş skamyanı isitdik,

Sən üzünə şərfini dartdın,

Saçlarındakı yarpaqlar ətrafa səpələndi,

Külək xəzanları dumanın arxasına daşıdı.

Axşamüstü çay içdik,

Sürüşkən masa üzərində nanə yarpaqları üzürdü,

Sən azacıq arxaya əyildin,

Gözlərinin künclərində işıltı toplandı,

Soyuqdan.

Qəhvə fincanından ilk qurtumun,

Soyuq fincanda buxar yaratdı.

Gecə blokun qarşısında

Lampaların sarı halqaları damda oynadı,

Sən əlini cibinə atıb açarı tapdın,

Mənə uzatdın,

Qapını tələsik açdım.

Qapı aralandı, soyuq tüpürcəklərimiz

Bir-birinə qarışdı…

***

divarda bir şəklin vardı, çıxardım.

Mismarın izi qaldı divarda.

Şəklin yeri divardan daha ağdır.

balkonun küncündə iylənmiş zibil torbası,

ağzı bağlı.

üç gündür atmıram,

Zibilə qalan sonuncu şam yeməyimizi.

soyuducuda ortasından çatlayan

tək yumurta.

Büzüşmüş limon dilimi,

Dişlənmiş pomidor,

Bir də xarab badımcan,

Səni xatırladır.

mətbəx masasının üstündə qələm,

gövdəsi dişlənmiş,

qara mürəkkəb izləri ləkələyib stolu.

Necə siləcəm onu?

Necə siləcəm səni?

***

“Kafedə çay içirdik.

Uzun danışdın.

Dinlədim.

Çay soyudu.

İçmədik.

Nə danışdığımız yadımda deyil.

Amma səni sevdim o an.

Nə az, nə çox.

Elə oradakı qədər.

Həmişə o qədər.”

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir