Azərbaycanın müxtəlif alimləri əfsuslar olsun ki, elmi məsələlərə obiyektiv və akademik deyil, ideoloji prizmadan yanaşırlar. Onların təfəkküründə oturuşmuş sovet ideyası müasir dövrdə “türkçülük” kimi özünü göstərir. Halbuki, klassik şərq ədəbiyyatına nəzər yetirərkən ideologiyalar deyil, nəzəriyyələr, irfan, təsəvvüf, Quran elmləri, cəfr, həvas və.s kimi elmlər nəzərə alınmalıdır. Həmin ideoloji problemlərdən biri də klassik fars şairi, şeirlərini irfan və təsəvvüfi məsələlərə söykəyən Hafiz Şirazinin yaradıcılığında özünü göstərir. Əfsuslar olsun ki, bizim bəzi alimlərimiz təsəvvüf və ürfanın fərqini qarışdırırlar. Bu ayrı məsələ, bu məsələ haqqında da yazılarımız olacaqdır.
İbrahim Quliyev və Paşa Əlioğlu kimi tədqiqatçılar Hafizin qəzəliyyatında türk obrazını tədqiq etməyə çalışmışdırlar, lakin fikrimizcə uğurlu olmamışdır. Onların zənnincə, Hafiz türklər tərifləmiş, türk millətinin obrazını yaratmış və Hafizdən sonra onun qəzəllərinə nəzirə yazan İran şairləri qərəzlilikdən türk sözünü çıxarmışdırlar.Bu fikiri məşhur Əgər on torke-Şeraz ilə başlayan məşhur qəzəlinə və digər şeirlərinə istinad edərək söyləyirlər. Halbuki, bu fikri söyləyən “
alimlərimiz ya şeiri axıra qədər oxumayıblar, ya da İran ədəbiyyatçılarının və Avropa orientalistlərinin fikirlərindən xəbərsizdirlər.
Həmin qəzəldə III beyt:
Fəğan kin lüliyan-e şux -e şirinkar-e şəhraşüb
Çonan bordənd səbr əz dil ki türkan xan-e yəğma-ra
Fəğan(ah) o şux və şirin danışan, şəhri qarışdıran gözəl lüli(cazibədarlar)
Səbrimi elə aldılar, eyni ilə türklərin yağmaya çıxan xanları kimi.
Xülasə, bu alimlərin hər şeyə “türkçülük” aspektindən yanaşması akademik etikaya hörmətsizlik kimi səciyyələndirilə bilər. Qərb orientalistlərinin və İran ədəbiyyatşünaslarının fikirləri bizim alimlərimizin nəzərində qərəzli qəbul olunub, ciddiliyi rədd edilsə də akademik etikada müraciət ediləsi mənbələr siyahısına daxildir.
Rza Sabiri Xurzuqinin bir məqaləsinin tərcüməsini paylaşırıq sizinlə:
Hafizin divanındakı üçüncü qəzəldə “Şiraz türkü” və “hind xalı” ifadələrinin mənası.
Bu bir neçə sətirlə Allahın köməyi və qüdrəti ilə Hafizin Qurandan 14 rəvayətlə bağlı anım günü münasibətilə bir yanlış anlayışı aradan qaldırmaq istəyirəm. Söhbət Hafizin divanındakı bir qəzəldə yer alan “Şiraz türkü” və “hind xalı” ifadələrindən gedir ki, bir çoxları bu beyti tamamilə fərqli şəkildə başa düşüblər.
Hafiz Allahın rəhməti üzərinə olsun Divanındakı üçüncü qəzəldə belə başlayır:
Əgər o Şiraz türkü bizim qəlbimizi ələ keçirsə,
Onun hind xalı uğrunda Səmərqənd və Buxaranı bağışlayaram.
“Lisanül-ğeyb” olan bu beytdə üç ifadə işlətmişdir ki, onların mənasını yalnız özü və Allah bilir. Bununla belə, “Şiraz türkü”, “hind xalı” və “Səmərqənd və Buxara” ifadələrini görən böyük və kiçik hər kəs bu mövzuya müdaxilə etmiş, bəziləri Hafizi tənqid etmiş, bəziləri iddialar irəli sürmüş, bəziləri isə bu mövzuya zarafat və istehza ilə yanaşmışdır…
Bütün bu qarışıqlığın səbəbi budur ki, birincisi, ya mövzunu bilmirlər, ya da unudublar ki, Hafiz bütün qəzəllərində öz poetik dili ilə Quranı tərcümə edir. İkincisi, ya istəməyiblər, ya da Allah onlara bu anlayışı verməyib ki, Hafizin “Şiraz türkü”, “hind xalı” və “Səmərqənd və Buxara” ifadələri ilə nə demək istədiyini başa düşsünlər.
Bu üç ifadə ilə bağlı minlərlə fikir arasında yalnız Saib Təbrizi və sonra Şəhriyarın sözləri müəyyən poetik dəyərə malikdir. Qalan fikirlər isə ya bu iki şairin sözlərinin təkrarıdır, ya da istehza və boş sözlərdir. Bu səbəbdən əvvəl həmən iki şairin fikirlərini təqdim edirəm, sonra isə öz fikrimi bildirəcəyəm. Məhdudiyyətlər səbəbindən yalnız bu qəzəlin üç beytinin şərhi ilə kifayətlənəcəyəm.
Saib Təbrizi Hafizə cavab olaraq:
Saib Təbrizi düşünür ki, Hafizin “Şiraz türkü” ifadəsi insanüstü bir varlığa (məsələn, Allah) işarədir. Buna görə də belə yazır:
Hər kim bir şey bağışlayırsa, öz canından verir,
Yoxsa Hafiz kimi (özünə aid olmayan) Səmərqənd və Buxaranı bağışlamaz
Əgər o Şiraz türkü bizim qəlbimizi ələ keçirsə,
Onun hind xalı uğrunda baş, əl, bədən və ayağı bağışlayaram.
Şəhriyar isə hər ikisinə cavab olaraq:
Şəhriyar da “Şiraz türkü”nü fövqəlbəşər bir varlıq kimi görür və belə yazır:
Hər kim bir şey bağışlayırsa, kişi kimi bağışlayır,
Yoxsa Saib kimi ki, baş, əl, bədən və ayağı bağışlamaz.
Baş, əl, bədən və ayaq qəbir torpağına verilir,
Halbuki, o Şiraz türkü ki, bütün qəlbləri fəth etmişdir.
Əgər o Şiraz türkü bizim qəlbimizi ələ keçirsə,
Onun hind xalı uğrunda bütün ruh və bədənimi bağışlayaram.
“Şiraz türkü” ifadəsinin mənası müəllifin fikrinə görə:
Mənim fikrimcə, əgər desəm ki, Hafizin bu sözləri səmavi mahiyyət daşıyır, mübaliğə etmiş olmaram o, öz dilindən danışmır, əksinə Allahın insanla və ya “öz özü ilə” danışdığı bir dili ifadə edir. Və yenə də Quranı tərcümə edir.
Bu baxımdan, qəzəlin ilk misrasında “Şiraz türkü” ifadəsi ilə Hafiz özünü nəzərdə tutur.
Xüsusilə nəzərə alsaq ki, Hafiz özü də Şirazlıdır.
Yaxud bu məsələni daha ümumi şəkildə götürsək, “Şiraz türkü” ifadəsi insanı simvolizə edir və Hafiz özünü yəni “Şiraz türkü”nü insanın bir nümunəsi kimi təqdim edir. Beləliklə, burada aşiq Allahdır, insan isə Allahın sevimli bəndəsidir. Hafiz isə Allahın bəndəsinə olan eşq və istəklərindən danışır.
Bu səbəbdən, ilk misrada “Şiraz türkü” “insan” deməkdir, “qəlbi ələ keçirmək” isə “günahdan uzaq duraraq Allahın razılığını qazanmaq” anlamına gəlir.
Beləliklə, ilk misranın mənası belə olur:
Ey mənim bəndəm, [ey Hafiz ki, Şiraz türkü və Adəmoğlunun bir nümunəsisən əgər günahdan uzaq duraraq mənim razılığımı qazansan], istədiyin hər şeyi sənə verərəm. Bu baxımdan, ey bacım və qardaşım, “Şiraz türkü” mən və sənsən. Yəni Şiraz türkü ümumilikdə insan anlayını kəsb edir, hansısa millətin tərifi deyil. Və bizim qəlbimizi qazanmaq istəyən, bizə vədlər verən, bizim Rəbbimizdir.
“Qəlbi ələ keçirmək” nə deməkdir?
Mənim fikrimcə, bu misrada “qəlbi ələ keçirmək” ifadəsi “günahdan uzaq duraraq Allahın razılığını qazanmaq” mənasını verir.
“Hind xalı” ifadəsinin mənası:
Qəzəlin birinci beytinin ikinci misrası:
“Onun hind xalı uğrunda Səmərqənd və Buxaranı bağışlayaram.”
Əvvəlcə İmam Məhəmməd Baqir (ə) tərəfindən buyurulan bu hədisə diqqət yetirin:
İmam buyurur: “Elə bir bəndə yoxdur ki, onun qəlbində ağ (işıqlı) bir nöqtə olmasın. Əgər günah etsə, həmin ağ nöqtədə bir qara ləkə yaranar. Əgər tövbə etsə, o qara ləkə silinər. Əgər günahda israr etsə, qaranlıq artar və ağlığı örtər. Belə olduqda, artıq həmin şəxs heç bir şəkildə xeyrə dönməz…”
( Üsul-i Kafi, cild 3, “İman və küfr” kitabı, “Günahlar” babı, hədis 1)
Bizə görə, Hafizin bu misradakı “hind xalı” ifadəsi, İmam Baqir (ə) tərəfindən qeyd olunan insan qəlbindəki ağ nöqtəyə işarədir.
Yəni, əgər insan günahdan uzaq duraraq Allahın razılığını qazanmaqla qəlbindəki ağ nöqtəni qoruyarsa, Allahın qəlbini ələ keçirmiş olur. Və insanı sevən Allah, Səmərqənd və Buxaranı vermək bir yana, istədiyi hər şeyi ona bağışlayar.
Qiyamət günü bu nöqtənin əhəmiyyəti:
Qiyamət günü, insan üçün qəlbindəki ağ nöqtəni sağlam saxlamaqdan başqa heç bir şey fayda verməz. Bu, Quranda İbrahim peyğəmbərin dilindən belə ifadə olunur:
“Məni insanların dirildiləcəyi gün rüsvay etmə!
O gün nə mal, nə övlad fayda verməz.
Yalnız Allahın hüzuruna sağlam qəlblə gələnlər xilas olar.”
( Şuəra surəsi, ayə 87–89)
Bəli, Adəmoğlunun çətin günündə və günahkarların rüsvay olduğu anda yalnız qəlbin ağlığını qorumaq insana fayda verəcək. Hafiz bu ağlığı “hind xalı” adlandırır.
İbrahim peyğəmbərin nümunəsi:
Dünyada da Allahın İbrahim peyğəmbərə verdiyi bütün lütflər və onun çətin imtahanlardan alnıaçıq çıxmasının sirri onun Allahla “hind xalı” yəni sağlam qəlblə qarşılaşmasıdır.
Quranda bu həqiqət Saffat surəsi, ayə 83–84-də belə bildirilir:
“Onun ardıcıllarından biri də İbrahim idi.
O, Rəbbinin hüzuruna sağlam qəlblə gəldi.”
İbrahim (ə) o qədər pak yaşamışdı ki, üzündə ilk dəfə ağ saç qocalıq əlaməti gördükdə belə demişdi:
“Həmd olsun Allaha ki, məni bu yaşa çatdırdı və mən bir göz qırpımı qədər belə Ona qarşı günah etmədim.”
( Biharül-Ənvar, cild 12, səh. 8)
Bəli, İbrahimi oddan qoruyan və onu “Xəlilullah” edən məhz onun “hind xalı” yəni sağlam qəlbi idi.
Quranda bu da bildirilir.
“Allah İbrahimi Öz dostu seçdi.”
( Nisa surəsi, ayə 125)
“Sağlam qəlb” ifadəsi Quranda iki dəfə keçir və hər ikisi İbrahim peyğəmbərlə bağlıdır. Bu səbəbdən Allah Peyğəmbərimizə (s) belə buyurur:
“De: Rəbbim məni doğru yola sabit və düzgün dinə İbrahimin yoluna yönəltdi. O, batil inanclardan uzaq idi və müşriklərdən deyildi.
De: Mənim namazım, ibadətim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür.”
( Ənam surəsi, ayə 162–163)
Peyğəmbər (s) buyurur:
“Kim Allah üçün olsa, Allah da onun üçün olar.”
( Biharül-Ənvar, cild 79, səh. 197; Ravzatül-Muttaqin, cild 13, səh. 195; Vafi,Feyz Kaşani, cild 8, səh. 784)
“Səmərqənd və Buxara” nəyi simvolizə edir?
“Səmərqənd və Buxara” ifadəsi Yer üzündə konkret bölgə deyil, çətin əldə olunan dəyərli şeylərin simvoludur.
Bu təhlil Hafizin qəzəlindəki metaforların və alleqoriyaların mistik və mənəvi qatlarını açır.
Allah, çətin əldə olunan nemətləri o bəndələrə bağışlayır ki, onların qəlbindəki ağ nöqtə hələ qaralmayıb.
“Baqi şərab”ın mənası:
Bu ifadə Quranın “Mə indəllahi baqin” ayəsinə istinad edir. Hafiz ikinci beytdə deyir:
Ey saqi, mənə “baqi şərab” ver, çünki onu cənnətdə tapa bilməzsən
Ruknabad çayı və Musalla bağının yanında.
Burada “baqi şərab” Allah rizası üçün günahdan uzaq durmaq və xeyir işlər görməkdir. Quran buyurur:
“Sizin yanınızdakı şeylər fani olar, Allahın yanındakı isə əbədidir.” (Nəhl surəsi, 96)
Bu beytdə Hafiz Allahla öz arasında bir dialoq qurur və deyir:
“Əgər belədirsə yəni dünyadakı hər şey fani, Allahın yanında olan isə əbədidirsə o zaman mən sağ ikən Allah rizası üçün günahdan uzaq durmaq və xeyir işlər görmək üçün mənə imkan ver. Çünki ölüm və cənnətdən sonra artıq bu fürsət olmayacaq.”
“Cənnət” burada axirət dünyasını, “Ruknabad” və “Musalla” isə bu dünyanın gözəlliklərini simvolizə edir. Hafiz demək istəyir:
“Ey insan, yalnız bu dünyada qəlbinin ağ nöqtəsini qoruyaraq Allah rizası üçün xeyir işlər görə bilərsən. Bu fürsət cənnətdə olmayacaq.”
“Dünya əməl yeridir, hesab yeri deyil; axirət isə hesab yeridir, əməl yeri deyil.”
Üçüncü beyt —diqqət edək:
Ahh, bu şux, şirin, şəhəri qarışdıran luli qızlar ,
Səbrimi elə apardılar ki, sanki türklərin süfrəni yağmaladığı kimi
Burada “luli qızlar” — dünyanın cazibədar və diqqəti yayındıran cəhətləridir:
Sevgi, kin, ehtiras və s. Bunlar insanın diqqətini Allahdan yayındırır, səbrini alır, ixlasını pozur və qəlbini Allahın yanında olan nemətlərdən məhrum edir.
Hafiz bu beytlə Quranın bu ayəsini poetik şəkildə tərcümə edir:
“Ey insanlar! Allahın vədi haqdır. Dünya həyatı sizi aldatmasın, şeytan sizi Allahın mərhəmətinə aludə edib aldatmasın.” (Fatir surəsi, 5)
“Əgər qəlbinin ağ nöqtəsinin qaralmamasını istəyirsənsə, dünyanın rəngarəng və aldadıcı cazibələrinə qarşı ayıq ol.
“Şiraz türkü” olmaq üçün Allah qatında yol:
Əgər Allahın yanında “Şiraz türkü” olmaq və “hind xalı”nın göylərdə parlamasını istəyirsənsə, bunun açarı dörd şeydir:
- İxlas Özünə və Allahına qarşı səmimi olmaq, başqalarının rəyinə bağlı olmamaq.
“Allah, içində zərrə qədər riyakarlıq olan əməli qəbul etməz.” Hafiz deyir:
“Bizim natamam eşqimizə görə, sevgilinin gözəlliyi ehtiyaclı deyil.
Gözəl üz üçün nə su, nə rəng, nə xal, nə xətt gərəkdir.” Quran buyurur:
“O sizi daha yaxşı tanıyır… Özünüzü tərifləməyin. Allah təqvalı olanları daha yaxşı tanıyır.” (Nəcm surəsi, 32) - Əməl və elm artırmaq. Bildiklərinə əməl etmək və Allahın əmrlərini daha yaxşı öyrənmək üçün çalışmaq.
Kim bildiklərinə əməl edərsə, Allah ona bilmədiklərini öyrədər. - Şükür Allahın nemətlərinə gücün yetdiyi qədər şükür etmək.
Heç kim Allahın haqqını tam şükürlə ödəyə bilməz. - Tövbə və istiğfar. Daim Allahdan bağışlanma diləmək öyrənmədiyin, əməl etmədiyin, səmimi olmadığın və şükür etmədiyin üçün.
Əgər an torki Şirazi bedəst arəd dele məra
Be xale hinduyəş bebəxşəm Səmərdənd o Buxara ra
Yəni ki, şair Allahın dilindən deyir əgər Hafiz mənim razılığımı qazana bilsə (hind xalı alında olur səcdə yerinə işarədi) mənə olan ibadətinə görə itaətinə görə (Səmərgənd Teymur imperiyasının mərkəzi idi) Onu dünyanın ağası edərəm (Xəlifəm olar)
Yəni deyir ki ey Hafiz Allahın razıllğın əldə edə bilsən ona qul olmağın dünyaya sahib olmaqdan da ucadır
Əgər Allahın razılığını qazanmaq və ən yüksək məqamlara çatmaq istəyirsənsə, bu dörd əsasda səmimi ol və heç kimdən bir şey istəmə yalnız:
“Yalnız Rəbbinin rizasını istəyərək…” (Leyl surəsi, 20)
O zaman Allah səni razı salacaq:
“Və o razı olacaq.” (Leyl surəsi, 21)